Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib

Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir ABŞ və İran arasında keçiriləcək danışıqlarda iştirak etmək məqsədilə İsveçrəyə səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan hökumət başçısının ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, Baş nazir Şahbaz Şərif yüksəksəviyyəli nümayəndə heyəti ilə birlikdə İslamabaddan İsveçrəyə yola düşüb.

Pakistan Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı açıqlamaya görə, ABŞ və İran arasında texniki məsləhətləşmələr iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində keçiriləcək.

Görüşlərdə Pakistan və Qətər nümayəndələrinin də iştirak edəcəyi qeyd olunub.