Sahibə Qafarova ilə Alen Simonyan əlaqələri davam etdirmək barədə razılığa gəlib

İstanbulda keçirilən görüşdə Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri Alen Simonyan və Sahibə Qafarova parlamentlərarası əlaqələri və ölkələrindəki əhval-ruhiyyəni yüksək qiymətləndiriblər və iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat verib.

“Parlament sədrləri 2025-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüşdən sonra beynəlxalq təşkilatlar çərçivəsində parlament nümayəndə heyətləri arasında başlayan əlaqələri yüksək qiymətləndirib və bu əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Ermənistan və Azərbaycan parlament sədrləri iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - açıqlamada qeyd olunur.

***

12:59

Azərbaycan və Ermənistan parlament sədrləri arasında keçirilən görüş başa çatıb.

***

11:21

Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü başlayıb.

Teleqraf, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.