Samvel Karapetyan: Paşinyan Avropaya “anti-Rusiya mövqeyini satır”

“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan Ermənistan hakimiyyətini kəskin tənqid edib.

Sherg.az xəbər verir ki, O, bildirib ki, Ermənistan və onun hazırkı rəhbərliyi Avropa üçün yalnız Rusiya əleyhinə siyasət kontekstində maraq kəsb edir və Brüsselin İrəvana başqa real marağı yoxdur.

Karapetyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan “Avropa ölkələrinə öz anti-Rusiya mövqeyini satmağı bacarıb” və Avropa dəyərləri çərçivəsinə uyğunluğuna inanmır.

O həmçinin iddia edib ki, Paşinyan ABŞ vasitəsilə Ermənistanın Sünik bölgəsinə giriş imkanlarını açıb və Azərbaycan tərəfinin “dəhliz” məsələsi ilə bağlı mövqeyinə dolayı şəkildə şərait yaradılıb.

Karapetyan qeyd edib ki, İrəvanın qərarları regionda yeni siyasi balans formalaşdırır və bu proses ciddi nəticələr doğura bilər.