“ABŞ və İsrail bilir ki, İran torpağının bir qarışını belə işğal etməyə qadir deyillər, əgər belə bir axmaqlıq etsələr, buranı onlar üçün məzarlığa çevirəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini Hüseyn Mərufi deyib.
“Xalqın kütləvi toplantılardakı iştirakı raketlərin, Hörmüz boğazındakı döyüşün və quru qoşunlarının əsas dayağıdır”, - o bildirib.
Hüseyn Mərufi İranın keçmiş ali rəhbəri Əli Xameneini öldürənlərin məhv ediləcəyini də iddia edib.
“Biz ideoloji və etiqadi müharibədəyik. Məqsəd zühura (İmam Mehdinin gəlişinə) zəmin yaratmaq və İslamın tam bərqərar olmasına nail olmaqdır”, - SEPAH rəsmisi əlavə edib.