Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırıb
Yusif Nəzərli
06:33 30.07.2022
Gündəm
547
“Ermənistanın mədən tullantılarını Araz çayına axıtması nəticəsində yaratdığı çirklənməyə nəzarət etmək üçün əsaslı tədbirlər görəcəyini gözləyirik”.
“Report” “eghtesadnews”a istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəm Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla Təbrizdə keçirdiyi görüşdə deyib.
Səfir Arsen Avakyan Şərqi Azərbaycan valisi Abidin Xürrəmi və yerli iş adamlarını Ermənistanın Qərbi Zəngəzur vilayətinə dəvət etməklə yanaşı, ticarət və iqtisadi əlaqələri gücləndirməyə çağırıb.
Səfir iddia edərək bildirib ki, Araz çayı İran və Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır: “Ekoloji problemləri aradan qaldırmaq, lazımı tədbirlər görmək üçün Ermənistandakı mədənlərdən biri bağlanıb”. O, İranın ölkəsi ilə qonşu əyalətlərinin Ermənistan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq Təbrizdə İrəvanın konsulluğunun açılmasına şərait yaradılmasını istəyib.
Qeyd edək ki, Ermənistanın Qərbi Zəngəzurda mis-molibden zavodu var. Bu sənaye müəssisəsi istehsal tullantılarını 30 ildən çoxdur Araza axıdır. Azərbaycan, Türkiyə, İran, habelə beynəlxalq ekoloqlar Ermənistanın çayı çirkləndirməsinə etiraz edir. Ancaq indiyədək rəsmi İrəvan bu etirazlara məhəl qoymur, Araz çayını çirkləndirməyə davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm