Sibel Can Şəhidlər xiyabanını ziyarət edib
Yusif Nəzərli
14:06 20.01.2024
Gündəm
443
Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Sherg.az Oxu.az-a istinadən xəbər verir ki, o, iş adamı Ruhiyyə Əliyeva ilə birgə Şəhidlər xiyabanına gəlib. Kövrək anlar yaşayan ifaçı Bakıdakı “Türk şəhidliyi” abidəsinə də baş çəkib.
Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını dilə gətirib:
“Mütləq ziyarət etməli idim. Yoxsa rahat olmazdım. Allah bizə elə anları bir də yaşatmasın. Ruhları şad olsun. Heç vaxt unudulmayacaqlar.
Dostum Ruhi xanımın sayəsində ziyarətim baş tutdu. Bakıya gələndə fürsət düşdükcə belə ziyarətlərimin olmasını istəyirəm. Bu, çox ağırdır. Hər birinin məkanı cənnətdir”.
“Əbədi acıdır. Acı unudulmur, getdikcə böyüyür. Bir qədər öncə şəhidlərdən birinin yaxınını gördüm. Çox pis oldum. Arzum budur ki, heç zaman qan tökülməsin. Müharibə olmasın. Ruhları şad olsun”, - deyə sənətçi sonda əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol