Sinan Oğanın kimi dəstəkləyəcəyi məlumdur “Hürriyet”in köşə yazarı səhnə arxası detallardan yazdı


Prezident seçkilərinin ikinci turunda hansı ittifaqı dəstəkləyəcəklərini açıqlayacaq Sinan Oğanın bu gün saat 17.00-da nə qərar verəcəyi ilə bağlı son kulis məlumatlar diqqət çəkir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Hürriyet”in köşə yazarı Abdulkadir Selvi prezident seçkilərinin ilk turunda 5,3 faiz səs toplayan Ata İttifaqının namizədi Sinan Oğanın kimin dəstəkləyəcəyi ilə bağlı səhnə arxası məlumatlardan yazıb.

"Mənə çatan məlumata görə, Sinan Oğan bu gün seçkilərin ikinci turunda prezident Ərdoğanı dəstəkləyəcəklərini açıqlayacaq”. Selvi, "Oğan, Kılıçdaroğlunu terror təşkilatlarının dəstəyi səbəbiylə onu müdafiə etməyəcəyini vurğulayacaq" .

Selvi, Sinan Oğan ilə prezident Ərdoğan arasındakı 4 bəndlik razılaşmanı da paylaşıb:

Sinan Oğan yalnız açıqlama verməklə kifayyətlənməyəcək. O, prezident Ərdoğanla əldə etdikləri razılaşmanı da açıqlayacaq.


1- Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi. Konstitusiyadakı "Türk" ifadəsinin çıxarılma səylərinə icazə verməmək.

2- Hər cür terror təşkilatı və terrorla mübarizə aparmaq.

3- Qaçqınların plan çərçivəsində mərhələli şəkildə göndərilməsi.

4- Beynəlxalq bazarlara uyğun və faiz siyasətlərində daha çevik bir iqtisadi siyasətin hazırlanması.

Turan