Slovakiyanın baş naziri ona güllə atanı bağışladı
Yusif Nəzərli
20:15 05.06.2024
Gündəm
441
Mayın 15-də Slovakiyada silahlı hücum nəticəsində ağır yaralanan və iki fərqli əməliyyat keçirən baş nazir Robert Fitso ilk dəfə kamera qarşısına keçərək açıqlama verib.
Sherg.az xəbər verir ki, Baş nazir Facebook-da paylaşdığı video mesajında sağlamlıq durumu, məruz qaldığı silahlı hücum və təcavüzkardan danışıb.
O, hər şeyin yaxşı getdiyi təqdirdə iyunun sonu, iyulun əvvəlində işə qayıda biləcəyini və ona sui-qəsd təşkil edən şəxsi bağışladığını bildirib.
Onu vuran şəxsə qarşı heç bir nifrət hissi olmadığını ifadə edən Fitso, "Aktiv bir qanuni əməliyyat başlatmayacağam və təzminat tələb etməyəcəyəm, onu bağışlayıram. Niyə belə etdiyini anlamasına icazə verirəm” deyə bildirib.
Baş nazir hücumun sağlamlığına dərindən təsir etdiyini və təkrar əməliyyatlar səbəbiylə çox ağrı və əziyyət çəkdiyini, bir neçə həftə sonra işə qayıtmasının "kiçik bir möcüzə ola biləcəyini" ifadə edib.
Hadisədə müxalifəti günahlandıran Fitso, hadisəni bir dəlinin hücumu kimi qələmə vermək üçün heç bir səbəbinin olmadığını" diqqətə çatdırıb.
Qey edək ki, Fitso paytaxt Bratislavadan təxminən 200 kilometr uzaqlıqdakı Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb.
Ölkə mətbuatında hökumətin siyasətini bəyənmədiyi üçün hücumu 71 yaşlı solçu Slovakiya vətəndaşı Juraj C-nin təşkil etdiyi bildirilib.
Bədəninə birdən çox güllə dəyən Fitso təcili müdaxilə etmək və vaxt itirməmək üçün təcili yardım helikopteri ilə Banska Bystrica əyalətindəki Ruzvelt xəstəxanasına göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya