ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı münaqişənin diplomatik yolla həlli üçün gələn həftənin əvvəlinədək vaxt verməyə hazırdır və bu müddət ərzində hərbi əməliyyatların bərpasını təxirə salır.
Sherg.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, qərar üçün “iki-üç gün, bəlkə də cümə, şənbə, bazar və ya gələn həftənin əvvəlinə qədər” gözləyə bilər.
“Bu, məhdud zaman kəsiyidir. Çünki onların nüvə silahına sahib olmasına icazə verilə bilməz”, - deyə ABŞ lideri vurğulayıb.
Tramp daha əvvəl isə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərlərinin xahişi ilə İrana qarşı hərbi əməliyyatların bərpasını təxirə saldığını və Tehranla razılığın əldə olunması imkanının hələ də mövcud olduğunu açıqlamışdı.