Keçmiş deputat Etibar Əliyev Nikol Paşinyanın seçki təbliğatı ilə bağlı çox maraqlı bir şərh verib.
Sherg.az xəbər verir ki, E. Əliyev fikirini belə ifadə edib:
"Paşinyan İrəvanın mərkəzində izdihamlı seçkiqabağı mitinq keçirdi. Yaddaşım məni 38 il əvvəl Ermənistanda “Ğarabağ merna- Qarabağ bizimdir” şüarı altında keçirilən mitinqə qaytardı. 1988- ci ilə… Paytaxt İrəvandan 35 kilometr məsafədə yerləşən doğulduğum Şirazlı kəndində idim. Dəvəlidən (adı dəyişib Ararat etmişdilər) bir sürü erməni əllərində əleyhimizə şüarlar səsləndirməklə paytaxta piyada yürüş təşkil etmişdilər. Qarşılarına çıxan azərbaycanlıları döyürdülər. Məşhur filmdə Qəmlonun əsir götürülmüş İmana dediyi ifadə də yerinə düşər: “Hanı sənin şura hökumətin?”
Səni pöşələnəsən, ay tarix! İndi Sülhün dəstəklənməsi şüarları səsləndirilir. Qoca Ranke düz demişdi: “Tarix keçmiş haqqında elmdir”.
Bəli, qəfil nostaljiyə yuvarlandım. Qələbəmiz Sülhə əsas verdi. Və Sülh paradiqması birmənalı olaraq Paşinyanı qələbəyə çatdıracaq. Sülh -rasional düşüncəli siyasətçilərə seçkilərdə qələbə qazanmaq üçün imkanlar yaradır, hətta onları Nobel Sülh mükafatına yaxınlaşdırır".