Sülhə nail olmağa çox az qalıb - Proqnoz
07:31 03.06.2023
Gündəm
514
İndiki məqamda Ermənistanın gündəmə gətirdiyi yeganə məqam Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsidir
Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər. Bunu baş naziri Nikol Paşinyan deyib. Ümumiyyətlə, Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar: “Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub”.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır. Baş naziri Azərbaycana aid kəndlərin qaytarılması ilə Ermənistanın İran və Gürcüstana çıxış yollarının məhdudlaşması barədə də danışıb. Bildirib ki, Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın: “İlkin versiya kimi Kərki kəndini götürək. Bu kəndin qaytarılması ilə İrəvandan Dərələyəzə və s. yol məhdudlaşa bilər. Götürək ki, biz məsələyə hüquqi baxımdan yanaşırıq. Əgər siyasi baxımdan müəyyənləşsə ki, bu kənd Azərbaycana aiddir və bu, xəritələrlə təsdiqlənir, onu qaytarmaq problem deyil. Ancaq Azərbaycanın, məsələn, Başkəndi qaytarıb, Kərkini almaq istədiyi haqda da fakt yoxdur”. Paşinyan iddia edib ki, hətta belə olsa da, bu məsələni şişirtmək olmaz, çünki bu, həll edilməsi mümkün olmayan problem deyil: “Əgər ordan yol olmasa, başqa yerdən yol olacaq. Heç bir problem yoxdur”. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirməsi İranı da “narahat” edib. İran Kərkinin Azərbaycana qaytarılacağı təqdirdə İran-Ermənistan yolunun Azərbaycanın nəzarətinə keçəcəyindən “narahat olduğunu” bildirib. Eyni zamanda, Ermənistanın Gürcüstana yolu da hazırda Ermənistanın nəzarətində olan Qazaxın kəndlərinin ərazisindən keçir.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Paşinyanın ümumi açıqlamaları sülhə xidmət edir. Analitik hesab edir ki, görünür, 1975-ci ilin xəritəsində sərhədlər nisbi olaraq Ermənistana daha çox uyğun olub. O səbəbdən Baş nazir 1975-ci il xəritəsini ortaya atıb:
"Ola bilsin, Azərbaycan üçün başqa dövrün xəritəsi daha məqbuldur. Ancaq Ermənistan anklavları Azərbaycan ərazisi kimi tanıyırsa, anklav kəndlərin qaytarılmasından danışırsa, hətta buna razı olduğunu deyirsə, deməli, sülhə nail olmağa çox az qalıb. Bakının əsas şərti odur ki, Ermənistan Azərbaycan ərazisini, ərazi bütövlüyümüzü tanısın və sülh sazişinə imza atsın. Paşinyan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirir, Qarabağın Azərbaycan ərazisi olduğunu deyir. Bu onu göstərir ki, həll olunmamış çox az məsələ qalıb. İndiki məqamda Ermənistanın gündəmə gətirdiyi yeganə məqam Qarabağdakı ermənilərin təhlükəsizliyi məsələsidir. Bunun da səbəbi bəllidir. Erməni tərəfi çalışır ki, Qarabağda ermənilərə muxtariyyət, hansısa özünüidarə verilsin. Azərbaycan tərəfi isə siyasi muxtariyyətə qarşı olduğunu vurğulayır və bəyan edir ki, ermənilərin ölkənin digər vətəndaşları kimi bütün hüquqları qorunacaq. Hələlik bu məsələdə fikir ayrılıqları var. İstənilən halda bu, Azərbaycanın daxili işidir. Bir də görünən odur ki, Paşinyan anklavlar məsələsində "qarşılıqlı güzəştlər" tələb edir. Baş nazirin istəyi, təklifləri tam dəqiqləşməlidir. Kənar güclərin Paşinyana təsiri olmazsa, xarici qüvvələrin sülh prosesinə qarşı təxribatı ortadan qalxarsa, yaxın gələcəkdə İrəvan hökuməti ilə sülhün imzalanması mümkün olar".
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou