Taksi sürücülərinin işə götürülməsi qaydaları sərtləşdirilsin!
Yusif Nəzərli
12:03 03.06.2023
Gündəm
495
Ölkə müzakirə olunan əsas mövzulardan biri taksi xidmətidir. Narkotik maddə istifadə edib sifariş qəbul edən, narkotik satıcılarına kuryerlik edən, eyni zamanda qadın sərnişinlərə qarşı qeyri etik davranan
taksi xidməti göstərən sürücülərin artması ciddi narahatlıq doğurur. Bütün bunlar da şübhəsiz xidmət sahəsindəki boşluqlardan qaynaqlanır.
Eyni zamanda, paytaxtda taksi kimi fəaliyyət göstərən avtomobillərin artması da yollarda təhlükəli vəziyyət yaradır. Xidmət sahəsinin əlçatanlığı və qiymətlərin ucuz olması hər nə qədər müsbət olsa da, sərnişinlərin cangüvənliyinin olmaması vətəndaşların taksi xidmətindən imtinasına rəvac verir.
Taksilərin çox olması həm də şəhərdə eko tarazlığın pozulmasına da gətirib çıxarır.
Onu da qeyd edək ki, nazarılıq edən sadəcə sərnişinlər deyil, xarici taksi şirkətlərində çalışan sürücülər iş saatının çox, gəlirlərin isə az olmasından şikayətçidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac olduğunu deyib. Ekspertin "Sherg.az"a açıqlamasına görə, pandemiya zamanı sərt karantin rejimi metro və marşrut avtobus istifadəçilərinin taksi xidmətinə axın etməsinə səbəb oldu. Bu fürsətdən istifadə edən aqreqator şirkətlər də nəzarətsiz və nizamsız bir rəqabət mühiti yaratdılar. Qiymətlərin ucuz olması sərnişinlər üçün xoş olsa da, bu həm keyfiyyətin aşağı düşməsinə, həm də sürücünün istismar olunmasına şərait yaradır. Gün ərzində fasiləsiz işləyən sürücü yollarda qəza şəraiti yaradır və bəzən də insan ölümünə səbəb olur. Nəticədə isə itirən dövlət, qazanan aqreqator şirkətlər olur".
R. Ağamirzəyev hesab edir ki, komplex və çoxşaxəli tədbirlər görülməlidir. Ən əsası isə xarici taksi şirkətlərinin fəaliyyəti üçün qoyulan tələblər artırılmalı, sürücülərin işəgötürülməsi qaydaları sərtləşdirilməlidir: "Nə müqavilə var, nə də tibbi yoxlama... Paralel olaraq, insanlara alternativ nəqliyyat imkanları yaradılmalıdır. Taksi xidmətindən istifadə edən sərnişinlərin 30 faizi yaxın məsafələr üçün taksi sifariş edənlərdir. Hesab edirəm ki yaxın məsafələrə səyahət edən insanlar piyada və ya mikromobil vasitələrə üstünlük versələr daha yaxşı olar. Müvafiq qurumlar isə öz növbəsində səkilərdə və yollarda alternativ nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmalıdır".
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou