Məhkəmə qərarı ilə yenidən CHP sədrliyinə qaytarılan Kamal Kılıçdaroğlunun partiyanın Baş Qərargahına gedəcəyi tarix müəyyənləşib.
Sherg.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Kılıçdaroğlu Qurban bayramının ikinci günü – mayın 28-də Cümhuriyyət Xalq Partiyasının Baş Qərargahında partiya üzvləri və vətəndaşlarla görüşərək bayramlaşacaq. Onun tədbir zamanı açıqlama verməsi də gözlənilir.
Xatırladaq ki, Ankara Regional Apellyasiya Məhkəməsinin CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci qurultayını etibarsız saymasından sonra Kılıçdaroğlu partiya sədrliyinə bərpa olunub. Bunun ardınca partiya rəhbərliyi ətrafında gərginlik yaranıb və Baş Qərargah binasında qarşıdurma baş verib.