Tələbə Gənclər Təşkilatlarından silsilə tədbirlər: Qanlı 20 Yanvar
17:29 20.01.2024
Gündəm
495
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları(TGT) tərəfindən 17-20 yanvar tarixləri aralığında “UNUTMADIQ!” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
Sherg.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində tələbə gənclər xalqı bir amal uğrunda birləşdirən, müstəqillik yolunda atılan ən inamlı addımın bariz nümunəsi olan 20 Yanvar qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.
"100MİN" proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən TGT-lər tərəfindən həftə ərzində müxtəlif istiqamətli layihələr təşkil olunub. “20 Yanvar faciəsi xalqımızın və cəmiyyətimizin yaddaşında” adlı diskussiya, “Qan qoxan tarix”, “Yaddaşlarda qalan gün” və “Silinməz tarix” adlı dəyirmi masa, “Faciə həqiqətləri”, “Qanlı tarix”, “Yanvarın susmaz səsi”, “20 Yanvar - Ümumxalq hüzn günü”, “Qan Yaddaşımız” və “Göylərə qalxan səs” adlı konfranslar keçirilib, Bakı və regionlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.
“ÇƏTİR” proqramı çərçivəsində tələbələr 20 yanvar faciəsinə həsr olunan silsilə proqramlar icra edib. Tələbə klublarının təşkilatçılığı ilə paytaxt və regionlardakı Şəhidlər Xiyabanları ziyarət edilərək faciə qurbanları yad olunub. Tələbələr üçün faciə şahidləri ilə “Tarixin Şahidi” adlı görüş, “Müstəqilliyin imzası” adlı dəyirmi masa, həmçinin, “Qan Yaddaşı” bədii tədbiri və faciədən bəhs edən qısametrajlı “Qəhrəmanlar unudulmur” adlı film günü təşkil olunub.
Azərbaycan Tələbə Gənclər Təşkilarları İttifaqının təşkilatçılığı ilə paytaxt Bakıda yerləşən Şəhidlər Xiyabanına 3000 tələbə gəncin iştirakı ilə kütləvi yürüş təşkil edilib.
Keçirilən silsilə tədbirlər müstəqilliyimiz uğrunda ölümün üzərinə yeriyən Vətən övladlarının daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman qürur hissi ilə anıldığını bir daha sübut edir. Bu gün müstəqil Azərbaycan xalqı Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin ətrafında hər zaman sıx birləşib, Vətənimizin müstəqilliyi uğrunda canlarından belə keçməyə hazır olduqlarını bir daha sübut ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol