Tikinti sektoruna maraq artıb, çünki təbat var
13:13 07.11.2023
Gündəm
460
"Bazarda yaranan canlanma ilə birlikdə təhvil verilən binaların sayında artım yaranıb”
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi sahəsi 1 milyon 397 min 930 kvadrat metr olan 11 946 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 23% artıb. Belə ki, 2022-ci ilin ilk 9 ayında ümumi sahəsi 1 milyon 337 min kvadrat metr olan 9717 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında tikilib istifadəyə verilmiş bina evlərinin sayı 3.3 dəfə artaraq 4633 ədəd təşkil edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan “Əmlak” Ekspert Mərkəzinin sədri, daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı bildirib ki, tikilən evlərlə bağlı statistikanın bu dərəcədə artması real görünmür:
“23 faiz olduqca ciddi bir rəqəmdir. 2023-cü ilin ilk 9 ayı ilə 2022-ci ilin eyni dövrünün müqayisəsində belə böyük fərqin göstərilməsinin əsas səbəb 2022-ci il üçün qeydə alınan hesabatlarda şəffaflığın təmin olunmamasıdır. COVİD-19 dönəmində tikinti sektorunda müəyyən durğunluq yaranmışdı. Amma pendemiyadan sonrakı dövrdə sözü gedən sektorda canlanma yarandı. Doğrudur, 23 faizlik bir göstərici olmasa da hər keçən il bir öncəki illə müqayisədə artım yaşanır. Bunun da başlıca səbəblərindən biri yaşayış mənzillərinə olan tələbatın artmasıdır. Bu fonda 2022-ci illə müqayisə 2023-cü ildə tiklilərin sayının artması normal haldır. Həmçinin bu sektora olan marağın artması ilə birlikdə tikinti şirkətlərinin sayında artım da müşahidə edilir. Binaların artmasının əsas səbəbi isə istismara qəbul edilən binaların çoxalmasıdır. 2022-ci ildə istismara qəbulla bağlı müraciətlər azlıq təşkil edirdi. Bazarda yaranan canlanma ilə birlikdə təhvil verilən binaların sayında artım yaranıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm