Tramp: İran ordusu tam bir xaos və bərbad vəziyyətdədir

İran ordusu tam bir xaos və bərbad vəziyyətdədir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media hesabında paylaşım edib.

"İran ordusu tam bir xaos və bərbad vəziyyətdədir. Onun Hərbi Dəniz və Hərbi Hava Qüvvələri kimi böyük bir hissəsi artıq mövcud belə deyil - onlar tamamilə məğlub ediliblər. İran yalnız boş danışıqlardan ibarətdir, heç bir əməli yoxdur. Yaxın Şərqin "qoçusu" öldü!!! Özləri üçün mükəmməl ola biləcək saziş üzrə danışıqları çox uzatdılar, indi isə bunun bədəlini ödəməli olacaqlar",- o qeyd edib.