Tramp: İrana verilən vaxt bitir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə razılaşmasına gedəcəyinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

D.Tramp əlavə edib ki, bunun üçün vaxt bitir.

"Ümid edirəm ki, İran tezliklə "danışıqlar masasına oturacaq" və bütün tərəfləri qane edəcək bir razılaşmaya (heç bir nüvə silahı olmayan) gedəcək. Vaxt gedir, bu həqiqətən vacibdir!" - o bildirib.

Xəbər yenilənir.