ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda qırmızı xətlərini açıq şəkildə göstərərək zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və hazırda Tehranın cavabını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt "Fox News"a müsahibəsində bildirib.
"İran heç vaxt ABŞ-ni və müttəfiqlərimizi təhdid etmək üçün nüvə bombası əldə edə bilməyəcək və onlar sahib olduqları zənginləşdirilmiş uranı təhvil verməlidirlər. Hərbi əməliyyatımızın uğuruna görə prezident üçün bu zənginləşdirilmiş uranı təhvil vermələri vacibdir. O, bunu açıq şəkildə bildirib və indi biz İran rejiminin cavabını gözləyirik", - deyə Livitt bildirib.