“Əgər İranın nüvə silahı olsaydı, İsrail artıq mövcud olmazdı”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“İranlılar son dərəcə qəddar və pis insanlardır. Əgər onların nüvə silahları olsaydı, İsrail artıq mövcud olmazdı”, - o bildirib.
Tramp qeyd edib ki, İran neytral ölkələrə - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveytə hücum edib.
Ağ Ev rəhbəri bundan həm təəccübləndiyini bildirib, həm də bunu yaxşı hal hesab edir: “Çünki İran bütün dəstəyindən məhrum olub”.