“ABŞ İranın nüvə proqramından tam xəbərdardır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ İranın nüvə proqramlarından İsrail olmadan da xəbərdardır, Baş nazir Benyamin Netanyahunun bu barədə nəsə demək niyyətini açıq şəkildə bildirməsinə ehtiyac yoxdur”, - Amerika lideri bildirib.
Xatırladaq ki, bundan əvvəl mediada bu gün Ağ Evdə Donald Trampla görüşəcək Benyamin Netanyahunun ABŞ Prezidentinə İranın nüvə proqramı və digər məsələlər dair son kəşfiyyat məlumatlarını təqdim edəcəyi barədə məlumat yayılmışdı.