ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı bəzi sanksiyaların yenidən tətbiq olunmasının mümkünlüyünü nəzərdən keçirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp bu barədə Fransada jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bəli, bunu düşünürəm”, - deyə ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Rusiya neftinə tətbiq olunan bəzi istisnaların ləğvi ilə bağlı qərar neft qiymətlərinin dinamikasından asılı olacaq. Tramp hansı konkret məhdudiyyətlərdən söhbət getdiyini açıqlamayıb.
Məlumata görə, ABŞ administrasiyası daha əvvəl bir sıra ölkələr üçün Rusiya neftinin alınmasına dair sanksiyalardan müvəqqəti istisnalar tətbiq etmişdi. Hindistan isə həmin istisnaların uzadılmasını istəyən ölkələrdən biridir.