Tramp sərt xəbərdarlıq etdi: "Bu baş versə, İran mövcud olmayacaq"

ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs rejimini pozmaqda ittiham edərək Tehrana sərt xəbərdarlıq edib.

Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, İran gərginliyi artırmaqda davam edərsə, bunun ağır nəticələri olacaq. Onun sözlərinə görə, hazırda Ağ Ev vəziyyətə təmkinlə yanaşır, lakin zərurət yaranacağı təqdirdə münaqişə hərbi yolla həll oluna bilər.

"Əgər bu baş verərsə, İran İslam Respublikası artıq mövcud olmayacaq", - deyə ABŞ prezidenti vurğulayıb.

Bundan bir neçə saat əvvəl isə Tehran Vaşinqtonu nizamlanma memorandumunun iki bəndini pozmaqda ittiham edib. İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-nin regiondakı proksi qüvvələrin fəaliyyətini dəstəklədiyini və memorandumun beşinci bəndinə əməl etmədiyini iddia edib.