ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında özünün süni intellekt (AI) ilə yaradılmış görüntüsünü paylaşıb.
Sherg.az xəbər verir ki, şəkildə Tramp “şəfa verən” kimi təsvir olunub: o, açıq rəngli geyimdə və qırmızı plaşda xəstəxana çarpayısında uzanan bir şəxsin üzərinə əlini qoyur. Digər əlindən isə işıq saçılır.
Şəkildə Trampın yanında həkimlər və hərbçilər də yer alır və onlar ABŞ prezidentinə baxırlar. Onlardan biri dua edirmiş kimi əllərini birləşdirib.
Arxa planda ABŞ bayrağı, hərbi təyyarələr, keçəl qartallar, Azadlıq heykəli və atəşfəşanlıq təsvir olunub. Görüntü dini və vətənpərvərlik motivlərinin qarışığı üslubunda hazırlanıb.
Tramp bu paylaşımına heç bir şərh yazmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Roma Papası XIV Leo ilə bağlı tənqidi açıqlama verərək onu “cinayətkarlıq və xarici siyasət mövzusunda zəif” adlandırmışdı.