ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla aparılan danışıqlar “çox yaxşı gedir” və prosesdən razıdırlar.
Sherg.az xəbər verir ki, Tramp Tehranın Hörmüz boğazı üzərindən ABŞ-yə təzyiq göstərə biləcəyi iddialarını qəti şəkildə rədd edib.
Eyni zamanda, İranın hələlik növbəti danışıqlar mərhələsinə razılaşmadığı və mövqeyini Pakistan vasitəsilə ABŞ-yə çatdırdığı bildirilir. Tehran əvvəlcə boğazı mülki gəmilər üçün açdığını desə də, sonradan ABŞ-ni “piratlıq”da ittiham edərək hərbi nəzarəti bərpa etdiyini açıqlayıb. Buna baxmayaraq, bir neçə tanker hazırda bölgədə gözləmə mövqeyindədir.