Trampın səbri tükəndi, Netanyahuya “Üzr istəmək sırası səndədir” dedi

"New York Times" ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Binyamin Netanyahu arasında son 20 gündə baş verən diplomatik gərginliyi işıqlandıran çarpıcı bir analiz yayımlayıb.

Sherg.az xəbər verir ki, analizə görə, 9 sentyabrda İsrailin Qətərə etdiyi sürpriz raket hücumu Trampın səbrini tükəndirib. Uzun müddət İsrailin Hamasa hücumlarına göz yuman Tramp, Netanyahuyu barışa yönəltmək üçün diplomatik təzyiqi artırıb.

25 sentyabrda Tramp, Uitkoff və Kuşner vasitəsilə Netanyahu ilə Nyu-Yorkda saatlarla davam edən gərgin görüşlər keçirib.

28 sentyabrda "Loews Regency" otelində gizli görüşdə plandakı sözlər və Qəzzanın idarəsi kimi kritik məsələlər müzakirə olunub.

Analizə görə, 9 sentyabr Doha hücumundan sonra Netanyahu qətərlilərdən üzr istəməli olub. Tramp isə toplantılarda Netanyahuya deyib: “Bəzən mən  belə üzür istəyirəm. İndi sıra sənindir.” '

29 sentyabrda Oval Ofisdə ikili görüş zamanı Netanyahu Qətərin baş nazirinə  yazdığı üzr məktubunu oxuyub.

"New York Times" bu hadisəni Orta Şərq barış prosesində diplomatik bir dönüş nöqtəsi kimi qiymətləndirir: Qətər hücumu Trampı Netanyahuyu müzakirə masasına gətirərək yeni bir planın təməlini qoyub.