ABŞ Prezidenti Donald Trampın G7 zirvəsi zamanı İtaliya Baş naziri Corciya Meloni haqqında səsləndirdiyi “mənimlə şəkil çəkdirmək üçün yalvardı” ifadəsi iki ölkə arasında gərginliyə səbəb olub.
Sherg.az xəbər verir ki, Tramp telefon müsahibəsində Meloni ilə görüşü barədə danışaraq onun onunla foto çəkdirmək istədiyini və buna “yazığı gəldiyi üçün razılaşdığını” bildirib.
İtaliya Baş naziri isə bu iddialara sərt reaksiya verib. Meloni sosial şəbəkədə yayımladığı videoda Trampın sözlərini “tamamilə uydurma” adlandırıb və bildirib: “Mən və İtaliya heç vaxt yalvarmırıq.”
Hadisədən sonra İtaliya hökumətində də reaksiyalar artıb. Xarici işlər naziri Antonio Tajani ABŞ səfərini ləğv edib, müdafiə naziri isə Trampın ifadələrini “qəbulolunmaz üslub” kimi qiymətləndirib.
Müxalifət də ABŞ prezidentinin açıqlamalarını tənqid edərək, bunun İtaliya-ABŞ münasibətlərinə zərər verdiyini bildirib.
Qeyd olunur ki, Tramp və Meloni arasında münasibətlər son aylarda xüsusilə İranla bağlı münaqişə və G7 öncəsi gərginliklər fonunda pisləşmişdi.