Türk professor: “ABŞ NATO-nun birlik sisteminə zərbə vurur”
Banuçiçək Kalbalıyeva
14:37 16.12.2020
Gündəm
716
“Bizim sanksiyalar qarşısında məğlub olmaq, NATO üzvlüyündən çıxmaq kimi bir niyyətimiz yoxdur”
“Özünü təhdid altında görən hər bir ölkə müdafiə üçün lazımi silahları ala bilər”
“Bu baxımdan, Türkiyənin Rusiyadan S-400 sistemini alması təbiidir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarına sərt reaksiya verib. “Haber Global”ın məlumatına görə, bu barədə o, Niğde-Ankara Şosse yolunun açılış mərasimində danışıb:
“Bu sanksiyalar NATO üzvü olaraq ilk dəfə ölkəmizə tətbiq edilib. Bu necə ittifaqdır? Bu necə müttəfiqlikdir? Bu qərar ölkəmizin suveren hüquqlarına açıq bir hücumdur. Qərarın səbəbi nədir? Səbəb Türkiyənin Rusiyanın S-400 hava müdafiə sistemini almasıdır. Bəs Türkiyə niyə bu yola üz tutdu? ABŞ uzun zamandır əlindəki hava hücumundan müdafiə sistemlərinin ölkəmizə satılmasına icazə verməyib. Bundan başqa Türkiyə “F-35” təyyarəsinin minə yaxın hissəsini istehsal edir və ABŞ-a verir. Bu sistemləri əldə etmək istədiyimiz şərtlərə cavab verməyən ABŞ Senatdakı maneələrdən əlavə, ehtiyaclarımızı başqa bir yerdən qarşıladığımız üçün sanksiya tətbiq etdi.
Qarşımızda duran tək yol isə Türkiyənin S-400 sistemini almasıdır. Və bu sistemin heç bir texniki açıqlama verilməyən “F-35”-lər üçün, pulun böyük bir hissəsini verəcəyimiz halda, təhdid təşkil edən iddiaları sadəcə bəhanədən ibarətdir. Əsas məqsəd ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək bizi yenidən onlardan tamamilə asılı vəziyyətə salmaqdır. Üstəlik, bunu öz hesabatlarında açıq şəkildə bildirirlər”.
Tarixən ayrı-ayrı dünya dövlətlərinin Türkiyəyə meydan oxuma cəhdləri məlumdur. Amma qardaşımız hansı sınaqlardan çıxmadı, kimlərlə kəllə-kəlləyə gəlmədi ki? Yəni bu cür təzyiqlər də nə bizi, nə də rəsmi Ankaranı qorxudar.
Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay bu təzyiqləri “Sherg.az”a şərh edib:
“ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları həm iki ölkənin dostluq münasibətlərinə, həm də NATO-nun birlik sisteminin ruhuna böyük ziyan verib. Özünü təhdid altında görən hər bir ölkə müdafiə üçün lazımi silahları ala bilər. Bu baxımdan, Türkiyənin Rusiyadan S-400 sistemini alması təbiidir. Bir az əvvəl də Yunanıstandan S-300-ü almışdıq. Deməyim odur ki, bu düşməncə davranışın izahı yoxdur. Türkiyə- ABŞ münasibətləri onsuz da xeyli müddətdir, yaxşı deyil. Suriyada, İraqda, Şərqi Aralıq dənizinda iki ölkə arasında ciddi problemlər var. Yəni ABŞ-ın bu reaksiyasını Türkiyə unutmaz. İndi yeni dövlət qurulur və Türkiyə orada yer alır. Bizim sanksiyalar qarşısında məğlub olmaq, NATO üzvlüyündən çıxmaq kimi bir niyyətimiz yoxdur. Türkiyə güclüdür və özümüzdən başqa heç kimə güvənimiz yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region