Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmini artırmağı planlaşdırır
Yusif Nəzərli
20:06 06.11.2021
Gündəm
653
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yük daşımalarının həcmi 1 milyon 360 min tonu ötüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara BTQ ilə yükdaşımaların həcmini ortamüddətli perspektivdə ildə 3,2 milyon, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.
A.Karaismailoğlu qeyd edib ki, BTQ sayəsində Türkiyə, Gürcüstan və Azərbaycanın beynəlxalq yükdaşımalarda və ticarətdə əhəmiyyəti artıb.
“BTQ dəmir yolu və Mərmərə tuneli sayəsində Pekindən Londona dəmir yolu marşrutu formalaşıb. BTQ Türkiyədən Gürcüstan, Azərbaycan, Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Çinə yüklərin dəmir yolu ilə çatdırılmasına icazə verir”, - A.Karaismailoğlu vurğulayıb.
Nazir əlavə edib ki, Ankara BTQ vasitəsilə Çin-Türkiyə marşrutu üzrə qısa müddətdə 100, orta müddətdə isə 200 yük qatarının hərəkətini təmin etməyi qarşısına məqsəd qoyub. Uzunmüddətli perspektivdə bu rəqəm ildə 1 500 qatara çata bilər və bununla da Çin ilə Türkiyə arasında malların çatdırılma müddəti 10 günə enəcək.
Qeyd edək ki, BTQ dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Dəmir yolunun uzunluğu 829 km-dir ki, bunun 504 km-i Azərbaycan, 246 km-i Gürcüstan, 79 km-i isə Türkiyə ərazisindən keçir.
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya