Türkiyə öz PUA-larını Amerikanın maliyyə yardımı ilə yaratmayıb
Yusif Nəzərli
10:30 06.11.2021
Gündəm
532
Cümşüd Nuriyev: "İnanmıram ki, Menendez kimilərin bu cür təklifləri Senatdan keçsin. Həmin sənəddə rəsmi Ankaranın və Bakının addımları, yaxın münasibətləri əsassız ittiham olunur"
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez növbəti ermənipərəst addımını atıb. Senator 2022-ci il müdafiə xərcləri ilə bağlı qanuna əlavə olaraq Türkiyənin silahlı PUA proqramının izlənməsini, o cümlədən Azərbaycana güzəştin aradan qaldırılmasını nəzərdə tutan iki sənəd təqdim edib. Menendezin təklif etdiyi dəyişikliklərdən biri “Azadlığı Müdafiə Aktı”na edilən 907-ci düzəlişin dondurulma prosesinin dayandırılması ilə bağlıdır. Təklif “907-ci Düzəliş Haqqında Güzəşti Dayandıran Dəyişiklik” başlığı altında senatora təqdim edilib.
Sözügedən sənəddə Azərbaycan və Türkiyəyə qarşı “Bakıdakı reyim Türkiyənin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında dinc yolla və müzakirə edilmiş bir mərhələ yerinə zorakılıq yolunu seçməyə davam edir. Hazırkı iqtidarın və gələcəkdəki bütün iqtidarların Azərbaycana bu cür yardımları dayandırmasının və 907-ci maddəyə tam şəkildə hörmət edilməsinin vaxtıdır” cümlələri öz əksini tapıb. Qeyd edək ki, Bob Menendez ermənilərlə yanaşı, yunan lobbilərinə yaxınlığı ilə də tanınır.
Amerikalı senatorların Azərbaycan və Türkiyəyə qarşı bitib-tükənməz qərəzini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Bob Menendez ölkə ictimaiyyətinə tanış simadır. Professorun sözlərinə görə, həmin senator öz ermənipərəstliyi ilə daim seçilib:
“Menendez dərk etmir ki, hansısa dövlətə, xalqa qarşı bu qədər nifrət bəsləmək öz ölkəsinin təbliğ etdiyi demokratik dəyərlərə daban-dabana ziddir. Digər tərəfdən onun təklifləri çox mənasızdır. Türkiyə öz PUA-larını Amerikanın maliyyə yardımı ilə meydana gətirməyib. Eyni zamanda Azərbaycan da möhtəşəm qələbəsində, güclü ordu quruculuğunda ABŞ-dan maddi dəstək almayıb. Amerikanın ən çox maliyyə ayırdığı Ermənistan və separatçı reyim idi. Onların da acı taleyi ortadadır. İnanmıram ki, Menendez kimilərin bu cür təklifləri Senatdan keçsin. Həmin sənəddə rəsmi Ankaranın və Bakının addımları, yaxın münasibətləri əsassız ittiham olunur. Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi Ermənistanla bağlı deyil. Bu yaxınlıq iki qardaş xalqın tarixi bağlılığı ilə əlaqədardır. Türkiyə və Azərbaycan əməkdaşlıq məsələsində hansısa kənar güclərin, xarici ölkənin yanaşmasını nəzərə almır”.
C.Nuriyev qeyd edib ki, onun əsas narazılığı Senatla bağlıdır:
“Necə olur ki, “907-ci düzəliş” işğalçı, təcavüzkar Ermənistana, hətta keçmiş sovet respublikalarından heç birinə yox, sadəcə, Azərbaycana şamil olunur?! Bunun arxasında başqa maraqlar durur. Menendezin də sifarişlə hərəkət etdiyini düşünürəm. Senatda “səslərin satılması” deyilən bir anlayış var və görünən zamanla bundan istifadə edənlər olur. Menendez də öz şərəfini, mənliyini erməni diasporasının puluna satanlardan biridir. Hesab edirəm ki, həm Azərbaycanın, həm də Türkiyə və Pakistanın parlamentləri bununla bağlı ABŞ Senatına müraciət etməlidir”.
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou