“Məkkə Müdafiə İttifaqı regional və qlobal sülhə mühüm töhfə verəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə ŞƏT+ sammitində çıxış edərkən deyib.
“Pakistan və Səudiyyə Ərəbistanı ilə reallaşdırdığımız Məkkə Müdafiə İttifaqı regional məsuliyyət və kollektiv çəkindirmə prinsipləri ilə qlobal və regional sülhə, eləcə də sabitliyə önəmli töhfələr verəcək”, - o bildirib.
Prezident Ərdoğan regional sülhdən danışarkən, İsrailin Qəzza zolağı və Livandakı hərbi fəaliyyətlərinə də diqqət çəkib: “Bu təcavüzkar siyasətin bədələni bütün bölgə ödəyir”.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün iştirakçılara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.