“Digər ölkələr də Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqına qoşula bilər”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hazırda bu üç ölkədən başqa, hər an bura qoşula biləcək ölkələr ola bilər. Təkcə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan deyil, bəzi digər ölkələr də aramıza qoşula bilər. Bunu sazişi imzalayanda açıqlamışıq. Bəyan etdik ki, bundan sonrakı prosesdə qoşula biləcək ölkələr olarsa, onların da üzünə qapımız açıqdır. Qapını açıq saxlamışıq”, - dövlət başçısı vurğulayıb.
Prezident Ərdoğan Misirin hərbi ittifaqa qoşulmaq ehtimalı ilə bağlı qeyd edib: “İstəsə, Misir də üçtərəfli sazişə qoşula bilər. Misir üçün də qapımız açıqdır”.