Türkiyəli mafiozlar Argentinada ələ keçdi

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın lideri Sərkan Qurtuluş və əsas koordinatoru Lider Camgöz Argentinada saxta pasportla yaxalanıb.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Əmniyyət Müdirliyi məlumat yayıb.

Bildirilib ki, qırmızı bülletenlə axtarışda olan hər iki şəxsi ekstradisiyası üçün Argentina rəsmiləri ilə danışıqlar aparılır.