Türkiyənin Azərbaycandakı səfiri: “Azərbaycan ordusu daim cəngə hazırdır”
11:33 26.06.2022
Gündəm
308
“Mən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını Silahlı Qüvvələrin yaradılmasının 104 illiyi münasibətilə təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin 26 iyunu Silahlı Qüvvələr Günü kimi qeyd edilməsi qərarı əslində iki dövlətin hərb sahəsində birgə əməkdaşlığının təməlini qoyulub. Türkiyə ordusu 30 ildir ki, Azərbaycan ordusunun yenidən formalaşdırılması və müasirləşdirilməsi istiqamətində bütün səylərini ortaya qoyub. Ən önəmlisi odur ki, Azərbaycan əsgər və zabitləri dünyada müasir ordu modelinin qurulması biliklərini Türkiyədən alırlar. Azərbaycanın istər quru qoşunları, istər hava hücumundan müdafiə sistemləri qoşunlarının, dəniz piyadaları qoşunlarının, sərhəd qoşunlarının, xüsusi təyinatlıların hazırlanması və yetişdirilməsində Türkiyə qardaş ölkə kimi yaxından iştirak edir”.
Bu fikirləri APA-nın yerli bürosuna Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib. O vurğulayıb ki, bu gün hərb sahəsində Azərbaycan Türkiyənin ən sıx əməkdaşlıq etdiyi ölkədir və biz qardaşlarımızın Qafqazda ən güclü bir orduya malik dövlət olmasını, hər bir vəziyyətə hazır olmasını arzulayırıq.
“Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan ordusu regionda ən güclü, ən intizamlı və müasir silahlarla, bacarıqlı hərbi heyyətə malik müasir ordulardan biridir. Azərbaycan ordusu modernləşdirilmişdir. Bizdə belə bir deyim var, sülh istəyirsənsə, hazır ol cəngə. Azərbaycan ordusu daim cəngə hazırdır” deyə Cahit Bağçı əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat