"Kimyəvi tərkibli dərman preparatların əvəzinə, təbii üsullarla müalicəyə üstünlük verilsə daha yaxşıdır"
"Hərarəti aşağı salmaq və öskürəyi kəsmək üçün soğan suyuna bir az bal qatılaraq gündə 2 dəfə körpəyə içirdilir"
Soyuqlamaq körpələrdə ciddi problemlərə səbəb olan xəstəlikdir. Körpənin soyuqladığı müəyyən edildisə, vaxt itirmədən müalicəyə başlamaq lazımdır. Mütəxəssislər körpələrdə hərarət və üşütməyə qarşı təbii müalicə üsullarını məsləhət görürlər. Analara gərək olacaq bu məlumatları onlar üçün paylaşırıq.
“Milliyyet”də yer alan məlumata görə, qış aylarında burun axması, öskürək şikayətlərindən ağıla ilk gələn soyuqlama olur. Körpənin soyuqlaması ciddi sağlıq problemlərinə səbəb ola biləcəyindən təcili müalicə almaq şərtdir. Soyuqlama yuxarı tənəffüs yollarını təsiri altına alan infeksion xəstəlikdir. Anadan körpəyə ötürülən antikorlar ilk 6 ayda körpəni soyuqlama riskindən qoruyur. Yəni körpə 6 aylıq sığortalanmış olur. Amma buna baxmayaraq havada və ya hər hansı səthlərdəki viruslar tənəffüs yolları və ya qida borusu vasitəsilə körpənin orqanizminə düşə bilər.
Əgər körpənin soyuqladığı təsdiqlənibsə, xəstəliyin tez və ağrısız keçməsi üçün həkimlər məsləhət görür ki, körpə - əgər südəmərdirsə, süd verilməsi aralıqları qısaldılmalı, ana körpəni daha tez-tez, qısa aralıqlarla əmizdirməlidir. Körpənin burnunun içi burun aspiratorundan istifadə edilməklə təmizlənməli, həm də burnun nəm qalmasına çalışılmalı (axıntı qurumasın və xaric olunsun deyə), bol maye içməsi təmin edilməli və körpələr çox qalın, isti geyindirilməməlidir. Xəstəliyin müalicəsində həkimə nə zaman müraciət etmək də önəmlidir. Körpə narahatlığını dillə söyləyə bilmədiyindən, onun əvəzinə valideyni düşünməlidir.
Valideyn körpədə rahatsızlıq olduğunu anladığı zaman həkimə müraciət etməlidir. Həkim ən doğru müalicə üsulunu məsləhət görəcək, bu da körpənin qısa zamanda sağalmasına, rahatsızlıqların aradan qalxmasına kömək edəcək. Soyuqlama körpələrdə burun axması, hərarətin qalxması, öskürək, səbir gətirmək, burun tutulması və yorğunluq, halsızlıq kimi əlamətlərlə müşayiət olunur. Əgər körpə adətən çox hərəkətli, dinamikdirsə, qidalanması normaldırsa və ana bu hallarda fərqlilik hiss edirsə - körpə oyunlara meyilli deyil, iştahsızdır, yeməyi rədd edir və sairə, demək, körpənin sağlamlığında nəsə problem var.
Körpəyə həkim tərəfindən soyuqlama diaqnozu qoyulubsa, kimyəvi tərkibli dərman preparatların əvəzinə, təbii üsullarla müalicəyə üstünlük verilsə daha yaxşıdır. Təbii üsullar soyuqlamanın aradan qaldırılmasında daha effektli ola bilər.
Məsələn, nanəli-limonlu, zəncəfilli-ballı çay, ihlamur (cökə çiçəyi – rus dilndə “lipa”. Cökə çiçəyinin çayı hərarətsalıcı və öskürəyə qarşıdır - red.) və darçınlı ballı süd soyuqlamaya qarşı istifadə edilir. Körpələrdə hərarəti aşağı salmaq və öskürəyi kəsmək üçün soğan suyuna bir az bal qatılaraq gündə 2 dəfə körpəyə içirdilir.
Bunlarla soyuqlamanın əlamətləri qısa zamanda aradan qaldırıla bilər. Nanə-limon-bal-zəncəfil qarışıqlı çay udlaq yolunu tez açacaq, nəticədə öskürək də qısa zamanda keçəcək. Bol vitaminli təbii qidalar, otlar, ədviyyat və meyvələr həm də körpənin orqanizminin möhkəmlənməsinə yardımçı olacaq.