Kubanın xarici işlər naziri Bruno Rodrigez bildirib ki, amerikalı həmkarı Marko Rubio hərbi təcavüzə təhrik edir və Kubanı yalandan terrorizmin sponsoru adlandırır.
Teleqraf xəbər verir ki, Rodrigez ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib: "O, Kuba və ABŞ arasında qan tökülməsinə səbəb olacaq açıqlamalar verir. Kuba ABŞ-nin təhlükəsizliyinə təhdid yaratmır. Vaşinqton bölgədə qəsdən iqtisadi çöküş və sosial ümidsizliyi qızışdırır".