Ukrayna Rusiya ilə danışıqlara hazırlaşır: Kiyev tarix açıqlayıb

Ukrayna hakimiyyəti Rusiya ilə sülh danışıqlarının 2026-cı ilin oktyabrında bərpa oluna biləcəyini hesab edir.

Sherg.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov* YES Annual Meeting 2026 konfransında bildirib.

Onun sözlərinə görə, mümkün üçtərəfli danışıqlarda Rusiya və ABŞ nümayəndələri də iştirak edə bilər. Bununla belə, Budanov oktyabrda görüşün keçirilməsinin razılaşdırılıb-razılaşdırılmadığını açıqlamayıb. Rusiya və ABŞ tərəfləri də danışıqlar üçün hər hansı konkret tarix elan etməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukrayna münaqişəsi üzrə təmasların davam etdirilməsi üçün heç bir şərt irəli sürmür və danışıqlara açıqdır. O, gələcək görüşlərlə bağlı hələlik konkret razılaşmaların olmadığını qeyd edib.

*Rusiya qanunvericiliyinə əsasən, Budanov terrorçular və ekstremistlər siyahısına daxildir.