“Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub”.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı açıqlaması zamanı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib:
"Hələlik heç bir kompromis əldə edilməyib. Rusiya və ABŞ liderləri arasında görüş hazırda planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər".