Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbət zamanı Volodimir Zelenskinin açıq məktubunu şərh edib. Kremlin nümayəndəsinin sözlərinə görə, həmin sənəd “bir neçə səhifəlik kobudluqdan ibarətdir”.
Sherg.az xəbər verir ki, Uşakov bildirib:
“Bu, bir neçə səhifəlik kobudluqdur və sonda Rusiya tərəfinin artıq çoxdan cavab verdiyi bir təklif yer alır.”
O, həmçinin qeyd edib ki, Moskvanın bu məsələdə mövqeyi dəyişməyib.
“Əgər Zelenski istəyirsə, qoy Moskvaya gəlsin”, – deyə prezidentin köməkçisi bildirib və əlavə edib: “Moskvada onunla danışmağa hazır olacağıq.”