Üz və ayağından ağır xəsarətlər alıb: Nə görüntüsü var, nə də səs yazısı

Reuters agentliyinin yaydığı məlumata görə, İranın ali dini lideri Müctaba Xamenei ABŞ və İsrailin hücumları zamanı aldığı yaralardan hələ tam sağalmayıb.

Sherg.az xəbər verir ki, məlumata əsasən, o, 28 fevralda Əli Xameneinin öldürüldüyü hücum zamanı üz və ayaq nahiyəsindən ağır xəsarətlər alıb. Mənbələr bildirir ki, onun vəziyyəti stabildir və şüuru yerindədir, lakin müalicə prosesi davam edir.

İddialara görə, 56 yaşlı lider yüksək səviyyəli görüşlərə birbaşa qatılmır, əvəzində səsli konfrans vasitəsilə iştirak edir və mühüm qərarların qəbulunda rol oynamağa davam edir.

Eyni zamanda onun harada olduğu və real sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar məhduddur. Martın əvvəlində vəzifəyə gəldikdən sonra onun heç bir görüntüsü və ya səs yazısı yayımlanmayıb.