Valentina Matviyenko Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
08:40 22.12.2023
Gündəm
302
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Vətənə sevgi, ən yüksək peşəkarlıq, zəhmətsevərlik, siyasi uzaqgörənlik, qərarların qəbul edilməsində qətiyyət Sizə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına, Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə imkan verir.
Özünün zəngin mədəni irsini qoruyub saxlayan ölkə Sizin rəhbərliyinizlə böyük uğurlar, iqtisadiyyatın möhkəmləndirilməsi və insanların rifah halının yüksəldilməsi, beynəlxalq arenada nüfuzunun artırılması yolu ilə irəliləyir.
Sizi öz Vətəninin maraqlarını ardıcıl surətdə müdafiə edən müdrik siyasi xadim kimi qiymətləndirirəm. Qarşılıqlı maraq doğuran bir çox mühüm məsələləri müzakirə etdiyimiz və onların həlli üzrə ortaq yanaşmalar tapdığımız görüşlərimizi böyük səmimiyyətlə xatırlayıram.
Federasiya Şurasında Rusiya ilə Azərbaycan arasında yaranmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirirlər. Dövlətlərarası qarşılıqlı fəaliyyətin mühüm tərkib hissələrindən biri olan Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişafına Sizin şəxsi töhfənizi qeyd etmək istəyirəm. Gələcəkdə də Sizin müasir dövrün çağırışlarına cavabların axtarılmasında səylərin gücləndirilməsi üzrə qanunvericilərin birgə fəaliyyətinə dəstəyinizə güvənirik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Bir daha ən yüksək ehtiramımı qəbul edin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya