Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib
16:58 04.11.2024
Gündəm
321
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.
"Sherg.az" xəbər verir ki, görüşdə Azərbaycan və Vatikan arasında mövcud əlaqələr, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində layihələr müzakirə olunub.
Klaudio Qucerotti Heydər Əliyev Fondunun Vatikandakı layihələrini yüksək qiymətləndirib və daimi dəstəyə görə Fondun prezidenti Mehriban Əliyevaya Roma Papası Fransiskin xüsusi minnətdarlığını çatdırıb.
Görüşdə Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə sıx əməkdaşlığı, arxiv əlyazmalarının rəqəmsallaşdırılması, Vatikan arxeoloqlarının Azərbaycana tarixi və dini abidələrin bərpası məqsədilə tanışlıq səfəri və təcrübə mübadiləsi xüsusi qeyd olunub, gələcəkdə yeni layihələrin icrasının vacibliyi vurğulanıb.
Kardinal Qucerotti bu tədbirləri yüksək qiymətləndirərək Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda yeni katolik kilsəsinin tikintisinin ölkəmizin multikultural siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Qonaq dünyada dini zəmində baş verən münaqişələrin genişlənməsi fonunda Azərbaycan hökumətinin həyata keçirdiyi multikulturalizm siyasəti, ölkədə müxtəlif dinlərin sülh şəraitində yaşaması, dini etiqad azadlığının sülhə ən böyük töhfə olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın Vatikanla münasibətlərə hər zaman xüsusi önəm verdiyini deyib və gələcəkdə də bu əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Vatikan şəhər dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında həyata keçiriləcək bərpa işləri ilə bağlı imzalanmış əməkdaşlıq müqaviləsi tərəflər arasındakı sıx əməkdaşlığın göstəricisi kimi qeyd olunub.
Müqəddəs Taxt-Tacın nümayəndəsi Heydər Əliyev Fondu ilə gələcək layihələr sırasında Vatikanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi, sərgi və konsert proqramının təşkil edilməsi və müxtəlif sahələrdə mütəxəssislər arasında qarşılıqlı mübadilə aparılması təklifini də irəli sürüb.
Görüş zamanı Klaudio Qucerottiyə noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri barədə də məlumat verilib. Qonaq COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin dinlərarası münasibətlərin daha da inkişafına və beynəlxalq konfransın uğuruna töhfə verəcəyinə əminliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət