ABŞ anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens X hesabında yazıb.
"İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik. Amma anlaşma memorandumunun necə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları varsa, zəng edə bilərlər. Lakin ABŞ zorakılığa zorakılıqla cavab verəcək", - Vens əlavə edib.