Ermənistan Prezident Administrasiyası prezident Vaaqn Xaçaturyanın 44 günlük müharibədə həlak olanların sayı ilə bağlı açıqlamasına düzəliş edib.
Sherg.az xəbər verir ki, Xaçaturyan sentyabrın 4-də Praqada çıxışı zamanı müharibə nəticəsində 4800 nəfərin həlak olduğunu bildirib.
Ermənistan prezidentinin mətbuat xidməti isə bunun səhv olduğunu qeyd edib.
“Səhv olub, üzr istəyirik. 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - prezidentin mətbuat xidmətindən bildirilib.