Xankəndidə əhaliyə silahlar paylanıb, onlar yığışdırılmalıdır - Tofiq Zülfüqaov
10:54 21.09.2023
Gündəm
685
"Orada görüləcək işlər çoxdur və müvəqqəti xüsusi idarəetmə üsullarından istifadə olunacaq"
2023-cü sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilib. Görüş bitib və ermənilər artıq Yevlaxı tərk ediblər.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.
Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
İntensiv təmaslarda hansı məsələlərin müzakirə olunduğu maraqla gözlənilir. Sual yaranır ki, bundan sonra Qarabağın idarə olunmasında hansı üsuldan istifadə ediləcək? Azərbaycanın referendum keçirməsi gözlənilirmi?
Prosesləri “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqaov söyləyib ki, erməni nümayəndələrin Yevlaxa gəlməsi kapitulyasinı qəbul etmələri deməkdir:
"Biz də onlarla şərtlərimizi necə icra etməyimizin yollarını araşdırırıq. Ümumiyyətlə indiki mərhələdə referendum üçün əsas yoxdur. Yəni bizim konstitusiyada dəyişikliklər nəzərdə tutulmur. Digər tərəfdən hələ 80-ci illərin axırında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Lazımı qərarlar əsasında isə Şərqi Zəngəzur Xüsusi İqtisadi Zonası yaradılıb. Həmçinin reinteqrasiya o deməkdir ki, Qarabağdakı erməni əhali hazırda Azərbaycanda mövcud olan qanunlar əsasında yaşayacaqlar".
T.Zülfüqarov əlavə edib ki, indiki məqamda hansısa dəyişikliklərin baş verəcəyinə inanmır:
"Ümumiyyətlə həmin bölgələri təmsil edən deputatlar var və onlar artıq Milli Məclisdə fəaliyyət göstərirlər. Xankəndində müvəqqəti olaraq hərbi adminstrasiyanın fəaliyyət göstərəcəyini istisna etmirəm. Çünki orada müvəqqəti xarakter daşıyan işlər görülməlidir. Bu kontekstdən yanaşdıqda isə xüsusi adminstrasiyanın fəaliyyət göstərməsi labüd hal alır. Digər tərəfdən bilirsiniz ki, həmin ərazilərdə Prezidentin təyin etdiyi nümayəndələr var və bununla yanaşı təhlükəsizlik orqanlarının təmsilçiləri də Xankəndində olmalıdır. Çünki işğalçı rejimin qalıqlarının qalması istisna deyil. Həmçinin silahların yığılması lazımdır. Ona görə ki, əhalinin əksəriyyətinə silahlar paylanıb. Yəni görüləcək işlər çoxdur və müvəqqəti xüsusi idarəetmə üsullarından istifadə olunacaq. Bir şeyi də diqqətinizə çatdırım ki, artıq inteqrasiyaya aid Azərbaycanın konkret planları var. Bunun barəsində Prezidentin köməkçisi də bəyanat verib. Planın bəzi konkret məqamları yaxın gələcəkdə ictimaiyyətə açıqlanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual