Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi”ni ziyarət ediblər.

Bu barədə APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir.

Qeyd edək ki, iyulun 11-də Prezident İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. “Sadıqcanın evi” ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.