XƏYANƏT: "Rusiyanın da sizi, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq" - İqor Korotçenko
12:16 18.09.2022
Gündəm
436
44 günlük müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçir. Ermənistan üçtərəfli bəyanat və ondan sonrakı yüksək səviyyəli razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Vaxt uzatdı, qaçdı, demaqoqluqla məşğul oldu, müxtəlif silahlı təxribatlar törətdi...
Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.
"Moskva İrəvanla Bakının yaxınlaşması üçün əlindən gələni etdi. İrəvan isə növbəti təxribat törətdi: gecə erməni diversantları Azərbaycan ərazisinə daxil olaraq rabitə vasitələrini minalamağa başladılar. Onlar aşkar olundu və döyüş baş verdi. Belə bir vəziyyətdə Azərbaycan tərəfi sərhəd münaqişəsinin yarandığı və sərhədin delimitasiyası aparılmayan zonasında Ermənistan silahlı qüvvələrinin bütün atəş nöqtələrini və erməni hərbi obyektlərini susdurmaq qərarına gəlib.
Yəni işğalçı Ermənistan cavabını aldı. Əsl cavab! Belə ki, təxribata cavab alan İrəvan KTMT-yə və Rusiyaya üz tutdu ki, bizim üçün vuruşun! Xeyir ola?!
Siz Azərbaycan ərazisində mina basdırmağa qalxmısınız, onlar da sizin dərinizi soyublar. İndi kimsə sizin üçün döyüşməlidir? Pələngin bığını dartmağa qərar verirsənsə, fəsadları ilə də üzləşməyi gözə almalısan. Bu artıq olur sənin problemin.
Buna baxmayaraq, Rusiya siyasi və diplomatik üsullarla münaqişəni çox tez dayandırdı. Nəticədə isə İrəvandan minnətdarlıq əvəzinə, "Bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir" sözünü eşitdik. Sonra da ortaya Pelosi çıxdı...
Budur məsələ, erməni həmkarlar... İndi ABŞ-a üstünlük verirsiniz? Buna tam haqqınız var!
Siz yenidən atəş açanda və ya xarici əraziləri minalamaq üçün can atan zaman Rusiyanın da sizi, çox demirəm, beşcə günlük Azərbaycanla təkbətək qoymağa tam haqqı olacaq", - politoloq qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat