XİN Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım etdi

XİN Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.

Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Paylaşımda bu günün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü olduğu qeyd olunub. Bildirilib ki, 108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olub.

Həmçinin vurğulanıb ki, bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirib.

Sonda bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsinin dərin ehtiram və minnətdarlıqla yad edildiyi diqqətə çatdırılıb.