YAP nümayəndə heyəti Antalya Diplomatiya Forumunda iştirak edir
18:14 01.03.2024
Gündəm
357
Martın 1-də III Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb. Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən Forum “Böhranlar dönəmində diplomatiyanı önə çıxarmaq” mövzusuna həsr edilib.
Yeni Azərbaycan Partiyasından Trend-ə bildiriblər ki, dünyanın 147 ölkəsindən 4000-ə qədər nümayəndənin qatıldığı Foruma beynəlxalq müstəvidə olduqca yüksək diqqət və maraq var. Forum çərçivəsində keçiriləcək 50-dən artıq panel iclasında regional və beynəlxalq təhlükəsizlik problemləri, o cümlədən dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr, terrorizm, miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, epidemiyalar, qida və enerji təhlükəsizliyi, süni intellektin tətbiqinin riskli nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Forumun ilk günündə keçirilən bir sıra panel iclaslarına qatılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Forumun yüksək səviyyəli iştirakçılarının şərəfinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın adından verilən rəsmi ziyafətdə də iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi