- İstər ölçüləri, asılması, istifadə qaydaları, istərsə də yararsız hala düşdükdə utilizasiyası uyğun şəkildə, bəlli standartlarla gerçəkləşməlidir. Azərbaycanda bayrağa sayğı, bir çox ölkələrin bəlkə də illər sonra da əldə edə bilməyəcəyi səviyyədədir. Şəxsən dünyanın bir çox ölkələrini gəzib görmüş şəxs kimi deyirəm, Azərbaycanda bayraq sevgisi çox yüksəkdir. Bu da təsadüfi deyil. Çünki o bayraq uğrunda canını fəda edən, torpağımızı düşmən tapdağından azad edən oğullar olub. Azərbaycan xalqı bayrağa bir başqa sevgi bəsləyir. Dünya xalqlarına örnək olacaq səviyyədədir bu sevgi. Düşünürəm ki, qəbul edilən yeni qaydalar bayrağa sevginin daha da yüksəldilməsinə və ona sayğı çərçivəsində davranılmasına xidmət edəcək.
“Yararsız bayrağı təhvil verən vətəndaşlara müəyyən ödəmələr də etmək olar” - RƏY
08:16 07.11.2023
Gündəm
577
Azərbaycanda bayrağa sayğı ən yüksək səviyyədədir Qəbul edilən yeni qaydalar bayrağa sevginin daha da yüksəldilməsinə və ona sayğı çərçivəsində davranılmasına xidmət edəcək
- İstər ölçüləri, asılması, istifadə qaydaları, istərsə də yararsız hala düşdükdə utilizasiyası uyğun şəkildə, bəlli standartlarla gerçəkləşməlidir. Azərbaycanda bayrağa sayğı, bir çox ölkələrin bəlkə də illər sonra da əldə edə bilməyəcəyi səviyyədədir. Şəxsən dünyanın bir çox ölkələrini gəzib görmüş şəxs kimi deyirəm, Azərbaycanda bayraq sevgisi çox yüksəkdir. Bu da təsadüfi deyil. Çünki o bayraq uğrunda canını fəda edən, torpağımızı düşmən tapdağından azad edən oğullar olub. Azərbaycan xalqı bayrağa bir başqa sevgi bəsləyir. Dünya xalqlarına örnək olacaq səviyyədədir bu sevgi. Düşünürəm ki, qəbul edilən yeni qaydalar bayrağa sevginin daha da yüksəldilməsinə və ona sayğı çərçivəsində davranılmasına xidmət edəcək.
Dövlət bayrağı haqqında yeni standartlar müəyyənləşib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib. Bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.
Əməkdar jurnalist Azər Həsrət “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dövlət bayrağı bir millətin, bütövlükdə dövlətin ən müqəddəs atributudur. Ona münasibət də müqəddəslik səviyyəsinə uyğun olmalıdır:
- İstər ölçüləri, asılması, istifadə qaydaları, istərsə də yararsız hala düşdükdə utilizasiyası uyğun şəkildə, bəlli standartlarla gerçəkləşməlidir. Azərbaycanda bayrağa sayğı, bir çox ölkələrin bəlkə də illər sonra da əldə edə bilməyəcəyi səviyyədədir. Şəxsən dünyanın bir çox ölkələrini gəzib görmüş şəxs kimi deyirəm, Azərbaycanda bayraq sevgisi çox yüksəkdir. Bu da təsadüfi deyil. Çünki o bayraq uğrunda canını fəda edən, torpağımızı düşmən tapdağından azad edən oğullar olub. Azərbaycan xalqı bayrağa bir başqa sevgi bəsləyir. Dünya xalqlarına örnək olacaq səviyyədədir bu sevgi. Düşünürəm ki, qəbul edilən yeni qaydalar bayrağa sevginin daha da yüksəldilməsinə və ona sayğı çərçivəsində davranılmasına xidmət edəcək.Utilizasiya məsələlərinə gəlincə, A.Həsrət təəssüf ki, bunun üçün xüsusi məntəqələrin olmadığını dedi:
- Şəxsən mən də belə bir yer, məntəqə tanımıram. İctimaiyyətə açıq elə bir yer varmı ki, vətəndaş yararsız hala düşmüş dövlət bayrağını aparıb ora təhvil versin və istifadəyə artıq yararsız olan bayraqların xüsusi şəkildə utilizasiyası gerçəkləşsin? Bəlkə də orduda, hərbi hissələrdə bu var, amma ümumi istifadədə olan belə bir yer mən də tanımıram. Amma olmalıdır. Hətta insanları buna təşviq də etmək olar. Məsələn, təhvil verilən bayrağa görə vətəndaşlara müəyyən ödəmələr də etmək olar. Məqsəd bu olmalıdır ki, yararsız hala düşmüş dövlət bayrağı uyğunsuz, dövlət rəmzi müqəddəsliyinə yaraşmayan yerlərə atılmasın. İstifadəyə yararsız dövlət bayraqlarının qəbul ediləcəyi məntəqələr mütləq təşkil edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə