Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib
12:59 01.03.2024
Gündəm
484
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası keçirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian Burduja, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibinin müavini Csaba Marosvarı təmsil edib. Görüşdə, həmçinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson, Bolqarıstanın energetika nazirinin müavini İva Petrova, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, ölkələrin ötürücü sistem operatorları, müvafiq qurumları və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda CESI şirkəti tərəfindən layihənin Texniki-İqtisadi Əsaslandırmasına (TİƏ) başlanması yüksək qiymətləndirilib. Koordinasiyalı fəaliyyət üzrə 4 ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tenderin keçirilməsi qərara alınıb. CESI-nin koordinasiyası, Rumıniya və Macarıstan ötürücü sistem operatorlarının dəstəyi ilə PMI statusu ilə bağlı müraciət istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji dəhlizi ilə bağlı təşəbbüsə dəstək ifadə olunub. Regional enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsi istiqamətində dialoq və əməkdaşlığı davam etdirmək razılaşdırılıb.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq